Harrisə Pelosinin girovu rolu hazırlanıb?

      Harrisə Pelosinin    girovu    rolu hazırlanıb?
  14 Avqust 2024    Oxunub:974
ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, əslində Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin və bütün Konqresin girovuna çevriləcək.
“The American Conservative” jurnalının köşə yazarı Kolin Pruett hadisələrin belə cərəyan edə biləcəyini proqnozlaşdırıb.

“Məhz Nensi Pelosi Co Baydenin prezidentlik yarışından çıxmasındakı rolu və Nümayəndələr Palatasına təsiri ilə prezidentliyi effektiv şəkildə qanunverici orqanın kreaturası səviyyəsinə endirərək, öz tərcümeyi-halına olduqca bənzər bir şəxsi Ağ Evin varisi postuna təsdiqləyib. Beləliklə, Pelosi əslində ABŞ Konstitusiyasını dəyişdirib”, - Pruett vurğulayıb.

Amerika hakimiyyətinin üzləşdiyi böhranları nəzərə alan köşə yazarının fikrincə, Harris donorların, agentlik rəhbərlərinin və konqres rəhbərliyinin şıltaqlığının girovuna çevriləcək və o, qalib gəlsə, Ceyms Byukenenin hakimiyyəti dövründən bəri Konstitusiya əsasında fəaliyyət göstərən ən zəif Amerika prezidenti olacaq.

Xatırladaq ki, iyul ayında Konqresin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Co Baydenə zəng vuraraq ondan prezident seçkiləri kampaniyasından çıxmasını xahiş etdiyi bildirilmişdi. Bəzi mənbələr məhz bu zəngin Co Baydenin geri çəkilməsində həlledici rol oynadığını vurğulasalar da, əksər analitiklər bu məsələdə həlledici sözün ABŞ-nin sabiq prezidenti Barak Obamaya məxsus olduğunu iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   Pelosi   girov  





Xəbər lenti