Nəticədə müstəntiqlər Donald Trampa sui-qəsddə cinayətkar dəstənin əli olduğu qənaətinə gəliblər.
"Onun təkbaşına hərəkət etdiyini düşünmürük. Bunun üçün çoxlu koordinasiya tələb olunur”, - Duq Heqman nəşrə müsahibəsində deyib.
![]() |
Trampa sui-qəsdi kimlər təşkil edib? |
“Mən mitinqdə ona kömək edənlərin olmasını istisna etməzdim”, - fərdi detektiv bildirib.
Xatırladaq ki, ABŞ-nin indik prezidenti Donald Trampa sui-qəsd 2024-cü il iyulun 13-də baş verib. Tomas Metyu Kruks siyasətçiyə yüz metr məsafədən güllə atıb. Nitqini qəfil kəsən Tramp qulağını tutub və sonra yerə uzanıb. Məxfi Xidmətin əməkdaşları tərəfindən örtülən Tramp təcili şəkildə mitinqin keçirildiyi ərazidən təxliyə edilib. Trampı ölümdən onun başını təsadüfən çevirməsi və danışdığı səhnənin yaxınlığında quraşdırılmış monitora nəzər salması xilas edib.
Sahil İsgəndərov
AzVision.az