İrandan Rusiyaya aparılan “kahı” ələ keçirildi

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
AzVision.az
Teqlər: