Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək

   Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək
  28 Fevral 2025    Oxunub:284
Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək.
Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.

Sənədə əsasən, Bakıda liftlərin dəyişdirilməsinə 7 milyon manat vəsait ayrılıb.

Sumqayıtda bu məqsədlərdən ötrü 1 milyon 491 min (30 lift), Naxçıvanda 546 min (11 lift) Gəncədə 497 min manat (10 lift), Xırdalan 248 min manat (5 lift), Qazaxda 99,4 min manat (2 lift), Bərdə 49,7 min manat (1 lift) ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti