Blinken: "Yaxın Şərq daha ​​ağır münaqişəyə doğru gedir"

      Blinken:    "Yaxın Şərq daha ​​ağır münaqişəyə doğru gedir"
  01 Avqust 2024    Oxunub:1244
ABŞ Dövlət katibi Antoni Blinken HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinin ardınca tərəfləri gözlənilən cavab əməliyyatlarından çəkinməyə, vəziyyəti eskalasiyaya gətirib çıxarmamağa çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə Monqolustanın paytaxtı Ulan-Batora səfəri çərçivəsində mətbuata açıqlamasında deyib.

"Yaxın Şərqdə bütün tərəflər döyüşləri dayandırmalı və Qəzzada atəşkəsə razılaşması naminə çalışmalıdırlar. Əks təqdirdə, region daha ağır münaqişə, daha ağır zorakılıq, daha ağır əzab, daha ağır təhlükəsizliyə sürüklənir. Bu zənciri qırmaq lazımdır", - Blinken vurğulayıb.
Xamenei İsrailə hücum əmri verib

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb. Sui-qəsdə görə İsraili günahlandıran İranın ali dini lideri Əli Xameneinin bu ölkəyə hücum əmri verdiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   İsrail   münaqişə  





Xəbər lenti