Braziliya“Twitter”də REKORD qırdı

Braziliya“Twitter”də REKORD qırdı
  09 İyul 2014    Oxunub:912
Almaniyanın Braziliyanı 7-1 hesabı ilə məğlub etməsi “Twitter” tarixindən ən çox müzakirə edilən idman qarşılaşması olub.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Braziliya – Almaniya oyunu ərzində istifadəçilər “Twitter” rekord sayda – 35,6 milyon “tweet” göndəriblər.

Ötən gecə həmçinin bir dəqiqə ərzində göndərilən “tweet”lərin sayı da rekord vurub. Belə ki, Almaniya beşinci qolu vurduqdan sonra istifadəçilər dəqiqə ərzində 580,601 ədəd “tweet”paylaşıblar.

Almaniya Millisinin hücumçusu Miroslav Kloze ən çox “tweet” olunan oyunçu olub. İkinci yerdə isə Toni Kroos qərarlaşıb. Braziliya millisinin heyətindən isə Xulio Sezar, Oskar və Fredin adı istifadəçilər tərəfindən qeyd edilib.

Qeyd edək ki, bundan əvvəlki rekord Braziliya –Çili oyununda qeydə alınmışdı. Bu zaman istifadəçilər dəqiqə ərzində 389,000 “tweet” göndərmişdilər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti