Braziliya darmadağın oldu- Almaniya finalda

Braziliya darmadağın oldu- Almaniya finalda
  09 İyul 2014    Oxunub:1083
Dünya çempionatının yarımfinal mərhələsinin oyunlarına start verilib.

AzVision.az xəbər verir ki, futbolsevərlərin erkən final adlandırdığı Braziliya-Almaniya görüşü başlayıb. Görüşün birinci hissəsi Almaniyanın böyük hesablı qələbəsi ilə başa çatıb.(5:0)

Qolları Almaniya millisinin heyətində Müller (11), Kloze (23) (0:2), Kros (24 və 26 dəqiqə), Xedira ( 29) vurublar.

Almaniyanın ilk hissəni 5:0 hesabı ilə geridə qoyması Braziliyanı şoka salıb.

***

Matçın ikinci hissəsi də almanların üstünlüyü ilə keçib. Avropa təmsilçisi meydan sahiblərinin qapısından 7 top keçirərək mundialın final mərhələsinə yüksəlib. Braziliya yığması yalnız bir qol vura bilib. Qarşılaşma 7:1 hesabı ilə Almaniyanın möhtəşəm qələbəsi ilə başa çatıb. Bununla da Almaniya finala vəsiqə qazanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti