Ofeliya Sənani infarkt keçirib

   Ofeliya Sənani infarkt keçirib
  16 İyul 2024    Oxunub:1110
Xalq artisti Ofeliya Sənani infakt keçirib. Bu barədə diktor özü məlumat verib.
O bildirib ki, bir ay bundan öncə səhhətində problem yarandığı üçün xəstəxanada müalicə alıb.

"Qəfil gecə ürəyimdən ağrı tutdu. Evdə tək idim. Yaxınlarım xəbər tutub məni xəstəxanaya yerləşdirdilər. İndi yaxşıyam. Həkimimin məsləhəti ilə bağa köçürəm. Şəhər evində havasızlıqdır. Orada isə mənə daha yaxşı olacaq".

Qeyd edək ki, televiziya aparıcısının 83 yaşı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti