O, ötən gün Trampla telefon danışığı apardığını bildirib.
"Danışıq vaxtı özü mənimlə hal-əhval tutur, elə davranırdı ki, deyərsən, heç nə baş verməyib", - keçmiş müşavir söyləyib.
Nəşr diqqətə çatdırır ki, Tramp dünən daha bir çox dostu ilə, jurnalist, yerli və xarici rəsmi nümayəndələrlə telefonda söhbətləşib.
(Sui-qəsd cəhdi nəticəsində qulağından yaralanan Donald Tramp)
Keçmiş prezidentin dövründə Ağ Evin aparat rəhbəri işləmiş Rayns Pribus da onunla zəngləşdiyini deyib.
"Sui-qəsdən möcüzə ilə qurtulduğuna görə minnətdardır. Güllə onun başına doğru bir neçə millimetr daha yaxın dəysə də, bu səhər başqa şeydən danışa bilərdik", - o vurğulayıb.
Trampa qarşı sui-qəsd törədilib |
Xatırladaq ki, dünən ABŞ yenidən prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsdə uğrayıb. Açılan atəş nəticəsində güllə onun qulağına dəyib. Hadisə zamanı dinləyicilər arasında qızını qorumağa çalışan mühəndis və yanğınsöndürən Kori Komperator gülləyə tuş gələrək həyatını itirib.
(Tomas Metyu Kruks)
Sui-qəsdi törədən cinayətkar, 20 yaşlı Tomas Metyu Kruks yerindəcə zərərsizləşdirilib. Onun hadisəni həyata keçirməkdə məqsədi hələlik məlum deyil.
Firudin Həmidli
AzVision.az