"Nikolun qulağı üçün gülləkeçirməz 'jilet' gətiriblər" - Ermənistan saytı

   "Nikolun qulağı üçün gülləkeçirməz
  15 İyul 2024    Oxunub:1659
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, ölkənin keçmiş lideri Donald Trampa qarşı törədilən sui-qəsd Ermənistan cəmiyyətində də geniş müzakirələrə səbəb olub.
Amma Ermənistan mətbuatı, xüsusən də müxalifətə yaxınlığı ilə seçilən saytlar digər ölkələrin mediasından fərqli olaraq Trampı deyil, baş nazir Nikol Paşinyanı ironik şəkildə müzakirəyə çıxarıblar.

Oxşar hadisənin baş nazirin də başına gələ biləcəyini yazan mamul.am saytı siyasi fəal Aram Manukyan ironiyalı açıqlamasını dərc edib: “Deyilənə görə, Nikola qulağı üçün gülləkeçirməz "jilet" gətirilib”.

Sosial şəbəkələrin erməni seqmentində isə Trampın vurulma anını əks etdirən fotoları Paşinyanın şəkilləri ilə kollaj edərək paylaşırlar.

Xatırladaq ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılsa da, güllə yalnız onun qulağını yüngül zədələyib.Təhlükəsizlik qüvvələrəinin əməkdaşları tərəfindən dərhal səhnədən uzaqlaşdırılan Tramp xəstəxanaya yerləşdirilib. Qatil isə yerindəcə məhv edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sui-Qəsd   Nikol-Paşinyan   Tramp  





Xəbər lenti