Sui-qəsd cəhdindən əvvəl video çəkdi

  Sui-qəsd cəhdindən əvvəl video çəkdi
  14 İyul 2024    Oxunub:1080
ABŞ prezidentliyinə namizəd Donald Trampı güllələyən şəxsin sui-qəsddən əvvəl çəkdiyi video yayılıb.
Hadisəni törədən şəxs videoda adının Tomas Metyu Kruks olduğunu və Trampa nifrət etdiyini deyib.

"Mən respublikaçılara, Trampa nifrət edirəm. Təxmin edirsinizmi? Siz yanlış adamı tapmısınız".

Donald Trampa sui-qəsd Pensilvaniyada keçirilən mitinq zamanı baş verib. ABŞ Məxfi Xidməti sui-qəsdçinin səhnəyə doğru bir neçə dəfə atəş açdıqdan sonra öldürüldüyünü bildirib.

Atəş nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.Trampın həyatı təhlükədə deyil, zədəsi yüngül olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti