"Şərə boyun əyməyəcəyik" - Tramp

   "Şərə boyun əyməyəcəyik" -    Tramp
  14 İyul 2024    Oxunub:1490
Ötən gün həyatına sui-qəsd edilən sabiq prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, amerikalılar şərə qarşı birləşməlidirlər.
“Biz qorxmayacağıq və şərə boyun əyməyəcəyik. İndiki məqamda bir olmaq, güclü və qətiyyətli qalmaq və şərin qalib gəlməsinə imkan verməmək həmişəkindən daha vacibdir”, - Tramp bildirib.

O, həmçinin Pensilvaniyadakı mitinqdə atışma zamanı ölənlərin ailələrinə başsağlığı verib və yaralananlar üçün dua etdiyini əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti