Paşinyan Berlinə getdi

   Paşinyan Berlinə getdi
  14 İyul 2024    Oxunub:1031
Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü Berlinə gedib. Bu barədə o, sosial hesabında məlumat verib.
"Mən UEFA prezidenti Aleksandr Çeferinlə görüşdüm, onun dəvəti ilə İspaniya və İngiltərə arasında futbol üzrə Avropa çempionatının final oyununda iştirak edəcəyik", - Paşinyan UEFA rəhbəri ilə fotosunu paylaşaraq yazıb.

Xatırladaq ki, bazar günü axşam saatlarında Berlində İspaniya və İngiltərə yığmalarının qarşılaşacağı futbol üzrə 2024-cü il Avropa çempionatının finalı keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti