Trampa mitinq zamanı atəş açıldı - Video

   Trampa mitinq zamanı atəş açıldı    - Video
  14 İyul 2023    Oxunub:696
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyada çıxışı zamanı atəş açılıb.
Yerli KİV-in məlumatına görə, siyasətçi Batler şəhərində tərəfdarları qarşısında qeyri-qanuni miqrasiya problemlərindən danışan zaman qəfil atəş səsləri eşidilib. Mühafizəçilər dərhal Trampı mühasirəyə alıblar və səhnədən uzaqlaşdırıblar.

Keşmiş prezident sağ qulağından yaralanıb. Sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfərin həlak olduğu bildirilir. “The Washington Post” nəşri yazır ki, atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

ABŞ-nin hazirki prezidenti Co Bayden hadisədən sonra Donald Trampa zəng edib.








Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti