Suriya XİN : Türkiyə ilə münasibətləri bərpa etmək niyyətindəyik

    Suriya XİN      : Türkiyə ilə münasibətləri bərpa etmək niyyətindəyik
  13 İyul 2024    Oxunub:987
Türkiyə ilə münasibətləri səhmana salmalı, təhlükəsizliyimizi təhdid edən terror təşkilatlarına qarşı səylərimizi birləşdirməliyik.
AzVision.az xəbər verir ki, bu barədə Suriya XİN məlumat yayıb .

Məlumatda qeyd edilib ki, qarşılıqlı əlaqələr möhkəm təməllər üzərində qurulmalı, bu istiqamətdə aparılan danışıqlar şəffaf olmalı və qeyri-qanuni qüvvələrin Suriyadan çıxarılmasına zəmin yaratmalıdır.

Qeyd edək ki, onlarla xarici ölkədən olan terrorçular Suriyanın İdlib şəhərində birbaşa TSK-nın nəzarətində fəaliyyət göstərirlər. Onların arasında İŞİD komandirlərinin də olduğu deyilir .

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti