Huriyyet: “ABŞ Ukrayna münaqişəsini Rusiya-NATO müharibəsinə çevirmək istəyir”

   Huriyyet: “ABŞ Ukrayna münaqişəsini    Rusiya-NATO müharibəsinə    çevirmək istəyir”
  12 İyul 2024    Oxunub:1260
Ukraynadakı münaqişəni genişləndirməyi planlaşdıran Vaşinqton son nəticədə onu NATO ilə Rusiya arasında müharibəyə çevirməyə çalışır.
AzVision.az xəbər verir ki, Şimali Atlantika Alyansının iyulun 9-11-də Vaşinqtonda keçirilən sammitinin yekunlarını şərh edən Türkiyənin “Huriyyet” qəzeti belə qənaətə gəlib.

“Co Bayden administrasiyası Rusiya ilə Ukrayna arasındakı müharibəni NATO-Rusiya müharibəsinə çevirmək üçün səylər göstərir. İndi bu təhlükə həmişəkindən daha yaxındır”, - qəzetin siyasi şərhçisi Əbdülqədir Selvi yazıb.

Onun fikrincə, bu gün Ukrayna münaqişəsinin iki uduzan tərəfi var: Rusiya və Ukrayna, yeganə qalib isə ABŞ-dır. Siyasi şərhçi münaqişə sayəsində ABŞ-nin Finlandiya və İsveç hesabına alyansın genişlənməsinə nail olduğunu, Baltik dənizini “NATO dənizinə”, Rusiya qorxusundan isə Avropanı öz həyətinə çevirdiyini vurğulayıb. Bundan əlavə, Vaşinqton Amerika hərbi sənayesini stimullaşdırmaqal yanaşı, Çinin hərbi təhdidi bəhanəsi ilə NATO-nun səylərini Asiya-Sakit Okean regionuna yönəldib.

- Məhz buna görə də NATO sammitində Ukraynada müharibənin davam etdirilməsi qərara alınıb. NATO sammitinin yekun bəyannaməsi ABŞ-nin, Çini də buna qatmaqla, Üçüncü Dünya müharibəsi də daxil olmaqla yeni müharibələrə başlamaq istəyini nümayiş etdirir. ABŞ iqtisadi cəhətdən zəiflədə bilmədiyi Çini müharibəyə sürükləməklə onu yıxmaq istəyir. Unutmamalıyıq ki, Çinin iştirak edəcəyi müharibə Üçüncü Dünya müharibəsinə çevriləcək”, - Əbdülqədir Selvi qeyd edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Rusiya   NATO  





Xəbər lenti