Tullantılardan hazırlanmış əl işləri sərgilənəcək

Tullantılardan hazırlanmış əl işləri sərgilənəcək
  12 İyul 2024    Oxunub:2103
İyulun 13-də Abşeron Milli Parkında “Yarat-Tullantını azalt” çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova AzVision.az -a bildirib ki, ətraf mühitə tullantıların azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi kimi təqdim ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin, “EkoSfera” Sosial Ekoloji Mərkəzin və “Forest school Azerbaijan”ın dəstəyi ilə keçiriləcək tədbirdə, eyni zamanda, tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq.

Şöbə müdiri bütün təbiətsevərləri və sənətsevərləri xoş və yaddaqalan istirahət günü keçirmələri üçün Abşeron Milli Parkına dəvət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti