Husilər daha bir gəmini hədəfə alıblar

Husilər daha bir gəmini hədəfə alıblar
  12 İyul 2024    Oxunub:1136
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması Qırmızı dənizdən keçən ticarət gəmisinə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Bu barədə Britaniyanın "Ambrey" dəniz-təhlükəsizlik şirkəti məlumat yayıb.

Hadisə Yəmənin Muxa şəhərindən 21 dəniz mili (39 km) qərbdə qeydə alınıb.

Gəmidən şirkətə bildirilib ki, atılan iki raketdən biri suya düşüb, digəri isə havada partlayıb.

Ötən il oktyabr 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri husilər fələstinlilərə dəstək naminə İsraillə əlaqəli gəmiləri hədəfə alırlar. İndiyədək onlarla hücum nəticəsində iki gəmini batırıb, bir gəmini ələ keçirib və ən azı, üç dənizçini öldürüblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   husilər   gəmi   hücum  





Xəbər lenti