Heyns: "Tehran ABŞ-də prezident seçkilərinə müdaxilə niyyətindədir"
"Son həftələr İran hökuməti -həmişəki adətini təkrarlayaraq- Qəzza zolağında müharibəyə qarşı etirazlardan öz mənfəəti naminə faydalanır. Müşahidələrimizə əsasən deyə bilərik ki, Tehrana bağlı qruplar internet vasitəsilə etirazlara təşviqat aparır, hətta maliyyə dəstəyi verirlər. İran sözügedən etirazların istiqamətini, mahiyyətini dəyişməyə çalışır. Bu yolverilməzdir", - xanım direktor vurğulayıb.
Onun sözlərinə görə, aksiya iştirakçıları nəinki İran, ümumiyyətlə, xarici hökumət nümayəndələri ilə əlaqə saxladıqlarını da bilmirlər.
"Başa düşürəm ki, aksiyalara qoşulan amerikalılar Qəzzadakı münaqişə ilə bağlı öz açıq fikirlərini bildirirlər. Fərqli fikirləri dinc yolla dilə gətirməkdə sərbəstlik, əlbəttə, demokratiyamız üçün vacibdir, - ancaq bu anlaşmazlıqları öz məqsədləri üçün fürsət bilən xarici qüvvələrə qarşı xəbərdarlıq da vacibdir", - Evril Heyns söyləyib.
ABŞ təhlükəsizlik orqanları 2016-cı ildə Donald Trampın prezident seçildiyi vaxtdan bəri Rusiya, Çin və İranın xarici müdaxilələrini nəzarətdə saxlayır. 2021-ci ildə məhz iki iranlı hakerə qarşı "seçkilərə müdaxilə" ittihamı irəli sürülmüşdü.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ İran seçkilər müdaxilə