Blinkenin müavini Tiflis və İrəvana gəlir

Blinkenin müavini Tiflis və İrəvana gəlir
  10 İyul 2024    Oxunub:1056
ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məsləhətləşmələr üçün Gürcüstan və Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib.

Bildirilib ki, Zeya iki ölkədə keçirəcəyi görüşlərdə demokratik hakimiyyət və korrupsiyaya qarşı mübarizə, mətbuat və söz azadlığı məsələlərini müzakirə edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti