Gənclər üçün Nabranda dincəlmək şansı

Gənclər üçün Nabranda dincəlmək şansı
  05 İyul 2014    Oxunub:974
"Uğurlu Gələcək Naminə" Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "RESTART" Sağlam Gənclər Düşərgəsini təşkil edir.
Düşərgə 26 iyul 2014-cü ildən 31 iyul 2014-cü il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “MƏKAN” İstirahət Mərkəzində təşkil olunacaq. Düşərgədə iştirak edənlərin yol, qalmaq, yemək xərcləri təşkilat tərəfindən ödəniləcək.

Düşərgədə sağlam həyat tərzi ilə bağlı müxtəlif təlimlər keçiriləcək. Gənclər gün ərzində müxtəlif məşğələlərə, oyunlara cəlb olunacaqlar. Düşərgədə həmçinin gənclərə ilkin tibbi yardımın göstərilməsi, təxliyyə qaydaları və digər təhlükəsizlik qaydaları öyrədiləcək.

Bundan başqa, gənclər üçün aktiv istirahət təşkil olunacaq. Onlara komanda ilə yaşamaq və birgə işləmək, ünsiyyətdə olmaq aşılanacaq.

Düşərgədə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcəklər. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi
2. Anket ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)
3. Sağlamlıq haqqında arayış (müsahibədən uğurla keçəndən sonra)
4. Valideynlərin yazılı razılığı
5. Tibb anketi ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)


Düşərgədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 15.07.2014-cü il tarixinədək müraciət edə bilərlər.

Müsabiqədə Bakı və Azərbaycanın müxtəlif regionlarından 13-17 yaş arası gənclər iştirak edə bilərlər.

Əlavə məlumat almaq istəyənlər 050-669-46-41 nömrəli telefon zəng edə bilərlər.


Teqlər:  





Xəbər lenti