Bakıda 2 marşrut toqquşdu,17 nəfər yaralandı- VİDEO

Bakıda 2 marşrut toqquşdu,17 nəfər yaralandı- VİDEO
  19 Aprel 2013    Oxunub:1260
Hadisə təxminən 16:40-da, Biləcəri qəsəbəsinə gedən yolda baş verib.
Xəbər verildiyi kimi, bu gün Dairəvi yolda10 TG 261 və 10 TF 965 nömrə nişanlı iki sərnişin avtobusu toqquşub. İki eyni xətt üzrə hərəkət edən 211 saylı marşrut avtobusunun toqquşması nəticəsində hər iki sərnişin avtobusunun sürücüsü, eləcə də 17 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

İlkin ehtimallara görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün aparılmamasıdır.(ans)




Teqlər:  





Xəbər lenti