Cefri Saks: "Ukraynanı ABŞ-dən xilas etmək lazımdır"

Cefri Saks:    "Ukraynanı ABŞ-dən xilas etmək lazımdır"
  28 İyun 2024    Oxunub:1254
Məşhur amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks Ukraynaya çağırış edib.
O, “The Hill”də dərc olunan məqaləsində Ukraynanı Rusiya ilə danışıqlar masasına oturmağa çağırıb.

Nəşr yazır ki, Kiyevdəki siyasətçilərin heç də hamısı danışıqlara ehtiyac olduğunu anlamır. Çünki onlar “ABŞ-nin Ukraynanı Rusiyadan xilas edəcəyi” fikrindədirlər. Amma iqtisadçının fikrincə, reallıqda Ukraynanı ABŞ-dən xilas etmək lazımdır.

Saks xatırladıb ki, 30 il əvvəl ABŞ neokonservatorları Ukraynanı “Rusiyanı zəiflətmək üçün ideal alətə” çevrilə biləcəyinə inanırdılar. Onlar məqsədlərinə çatmaq üçün Ukraynanın daxili siyasətinə qarışmaq, NATO-nu şərqə daşımaq, eləcə də Kiyevi silahla təmin etmək, Rusiyaya qarşı sanksiyalar yaratmaq yolunu seçiblər.

Tural Tağıyev

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti