İTV-nin keçmiş əməkdaşı sədr olmaq istəyir

İTV-nin keçmiş əməkdaşı sədr olmaq istəyir
  18 Aprel 2013    Oxunub:1855
İTV-də sədr olmaq üçün daha bir namizəd
Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçki keçirəcək. AzVision.az-ın məlumatına görə, İTV-ə sədr olmaq üçün rejisor Nicat Qafuroğlu öz namizədliyini verib. O, bildirib ki, bu gün MTRŞ namizədliyini təsdiq edib:

“Milli Televiziya və Radio Şurası İctimai Televiziyanın Baş direktorluğuna namizədliyimi təsdiqlədi. Namizədliyimi seçilmək üçün vermişəm, kiminsə xeyrinə geri götürməkçün yox. Hadisələrin inkişafından asılı olmayaraq sonadək bu posta iddialıyam”.

Qeyd edək ki, Nicat Qafuroğlu İctimai Televiziyada “Carçı” xəbərlər proqramının aparıcısı olub.

Xatırladaq ki, sənəd qəbulu aprelin 19-a qədər davam edəcək

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti