Türkiyədə inflyasiya kəskin azalacaq

   Türkiyədə inflyasiya kəskin azalacaq
  06 İyun 2024    Oxunub:991
Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.

Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın qlobal artıma mənfi təsir göstərdiyini, süni intellekt və struktur islahatlarının bunu artıracaq amillər arasında olduğunu deyib.

Nazir investisiya mühitinin yaxşılaşdırılmasını ayrıca müzakirə etdiklərini və bunun özlüyündə əhəmiyyətli bir məsələ olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti