Nazir itkin düşən şagirdlərdən danışdı
“Əksər hallarda da onlar sonradan sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar. İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıdacaqlar".
Təhsil naziri bildirib ki, uşaqlıq və gənclik yaşlarında belə hallar olur, amma hər kəs belə halların olmamasına çalışmalıdır. M.Mərdənovun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür.
"Bu məsələlərdə əsas məsuliyytə əlbəttdəki valideynlərin üzərinə düşür. İkinci məsuliyyət isə məktəbin və müəllimindir"-deyə nazir vurğulayıb.