Gəncədə Heydər Əliyev yad edildi
Seminar-məşgələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov müasir Azərbaycan
Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində əvəzolunmaz xidmətləri, onun prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, Azərbaycan Prokurorluğunun konstitusion statusuna uyğün olaraq davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının
sədri İsrafil İsmayılov, Gəncə şəhər prokuroru Adil Vəliyev və digər natiqlər ulu öndər Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi və dövlət müstəqilliyimizin qorunmasında həyata keçirdiyi gələcəyə hesablanmış fəaliyyəti haqqında çıxış edib.