Ara vermir yağışlar...

 Ara vermir yağışlar...
  18 Aprel 2013    Oxunub:1263
Azərbaycan ərazisində çiskinli və yağışlı hava şəraiti iki gün davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, aprelin 19-da ötən günlərlə müqayisədə nisbətən mülayim hava gözlənilir. Belə ki, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Aprelin 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 20-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 19-da respublikanın bölgələrində də hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə, bəzi yerlərdə 8 dərəcə isti olacaq.

Aprelin 20-də respublikanın əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti , gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi və rütubətli hava şəraitinin üstünlük təşkil etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti