13.000 abituriyentin sənədləri təsdiq edilib

13.000 abituriyentin sənədləri təsdiq edilib
  18 Aprel 2013    Oxunub:1372
19.000 "Abituriyentin elektron ərizəsi" forması açılmış və 13.000-i təsdiq olunyb, 6.000 isə təsdiq olunmayıb.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir. TQDK-dan AzVision.az-a verilən məlumata görə, bu gün saat 10:00 kimi abituriyentlər tərəfindən Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir. 18 aprel saat 10:00 olan məlumata görə abituriyentlər tərəfindən 19.000 "Abituriyentin elektron ərizəsi" forması açılmış və 13.000-i təsdiq olunyb, 6.000 isə təsdiq olunmayıb.


Təsdiq olunan ərizələrin 11.500-ü abituriyentlərin özləri tərəfindən, 1500-ü isə SQK-lar tərəfindən təsdiq edilib.

Bu proses mayın 17-dək aparılır. Göstərilən tarixə qədər abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidilər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.


Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

AzVision.az









Teqlər:  





Xəbər lenti