İrəvanda çevriliş hazırlanır - Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb?

      İrəvanda çevriliş hazırlanır -    Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb?
  03 May 2024    Oxunub:2568
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.
Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Kirantsda ermənilərin tanınmış din xadimlərindən olan Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın fəallıq göstərməsi isə diqqət çəkir.

Kəndlilər etiraz edir, erməni yepiskop isə "klip çəkdirir" - FOTOLAR
Bu gün Ermənitan mediasında yepiskopun Paşinyana müxalif dairələrlə, xüsusən də Qarabağ klanının əsas fiquru ayılan hərbi cani Robert Koçaryanla gizli görüş keçirməsi barədə məlumatlar yayılıb. Bəzi saytlar bunu hətta "kulisdə çevrilişə hazırlığın aparılması" kimi də qiymətləndirirlər.

Maraqlıdır ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi məsələyə dərhal reaksiya verib. Hərbi cani Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri ilə görüş keçirməsi barədə yayılan məlumatı təkzib edib.

Keçmiş prezidentin ofisinin koordinatoru Baqrat Mikoyan “Sputnik Ermənistan”a açıqlamasında “Belə bir toplantı olmayıb” deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Etiraz   Yepiskop  





Xəbər lenti