Rusiya Xarkov və Sumiyə hücum hazırlayır - “The Economist”

   Rusiya Xarkov və Sumiyə hücum hazırlayır   - “The Economist”
  03 May 2024    Oxunub:1709
Rusiya Xarkov və Sumi vilayətlərinə hücuma hazırlaşır.
Bu fikirlər Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskinin “The Economist”də dərc olunan müsahibəsindəndir. Nəşr qeyd edib ki, rusların yeni hücumlarda uğur qazanması Ukraynanın Donbasdakı müdafiəsinin nə qədər güclü olacağından asılıdır.

“Tısbağa tanklar” Ukraynalı əsgərləri şoka salıb - "Forbes"
Skibitskinin proqnozlarına görə, Rusiyanın əsas hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq. Məqalədə qeyd edilir ki, Moskva Ukraynada ümumilikdə 514 min quru qoşunu yerləşdirib.

Rusiyanın Xarkovla sərhədə yerləşdirdiyi şimal qüvvələrinin şəxsi heyətinin sayı hazırda 35 min nəfərdir. Lakin çox güman ki, bu rəqəm 50, 70 minə qədər artırılacaq.
Kreml həm də Rusiyanın mərkəzi bölgələrində ehtiyat diviziyalar, 15-20 min döyüşçüdən ibarət hərbi birləşmələr yaradır ki, səlahiyyətlilər onları da döyüş aparan əsas qüvvələrə cəlb edə bilərlər.

Skibitskinin fikrincə, hətta bu halda belə rusların böyük bir şəhəri tutmaq üçün kifayət qədər resursu olmayacaq. "The Economist" yazıb ki, Qərb hərbi rəsmiləri də Skibitski ilə eyni fikiri bölüşürlər. Bununla belə, yaxın vaxtlarda nisbətən kiçik miqyaslı əməliyyatların başlanmas real görünür.

Qeyd edək ki, son zamanlar xarici KİV-də Ukrayna ordusunun xeyli zəifləməsi və Rusiya qoşunlarına qarşı müqavimət göstərə bilməməsi barədə silsilə yazılar dərc olunur. Məsələn, “The Wall Street Journal” (WSJ) bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin ciddi kadr problemi yaşadığını yazmışdı. Qeyd edilir ki, Rusiya ordusuna qarşı aylarla davam edən gərgin döyüşlər heyətin tükənməsinə səbəb olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Hücum  





Xəbər lenti