Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb

Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb
  02 May 2024    Oxunub:659
Gəncə şəhərində R.İbrahimov adlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilmiş tədbirlərlə yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S.İsayev olduğu müəyyənləşib.

Şübhəli şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

AzVision.az


Teqlər: DİN   cinayət   bıçaqlanma  





Xəbər lenti