Fond monitorinqə başladı

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinqin digər bir məqsədi isə qrant maliyyələşdirilməsi çərçivəsində Fond tərəfindən alınaraq layihələr üzrə istifadəyə verilmiş xüsusi elmi cihaz, avadanlıq və qurğuların, həmçinin İKT və digər avadanlıqların istifadə dərəcəsini müəyyənləşdirmək, mümkün problemlərin aradan qaldırılmasıdır. Bu məqsədlə Fond avadanlıqlar verilmiş elmi müəssisələrdə razılaşdırılmış səyyar monitorinqlər də aparacaq. Monitorinqlərin nəticələri ümumiləşdirilərək gələcək fəaliyyətdə nəzərə alınacaq. Elmin flaqmanı olan AMEA-da birgə monitorinqlərin keçirilməsi razılaşdırılıb.
Monitorinq zamanı elmi nəticələrin nəşr və aprobasiya dərəcəsi də aydınlaşdırılacaq. Beynəlxalq tələblərə uyğun olaraq, layihələrin nəticələri üzrə dərc olunmuş məqalənin və ya hər hansı elmi əsərin sonunda elmi-tədqiqat işlərinin Fondun qrantı tərəfindən dəstəklənməsi və qrantın nömrəsi haqqında məlumat verilir. Fond bir qayda olaraq məqalələrin inkişaf etmiş ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda dərcinə üstünlük verir. Bu nəticələr qrant iddiaçılarının növbəti müsabiqələrdə iştirakı zamanı nəzərə alınacaq.
Monitorinqlər layihələr üzrə icra məsuliyyətinin artırılmasına, qrant layihələrinin müəlliflərinin öz işlərində daha diqqətli və peşəkar olmalarına yardım edəcək. Monitorinq ölkədə elmin inkişafı üçün nəzərdə tutulmuş və Fond tərəfindən ayrılmış vəsaitlərin öz təyinatı üzrə istifadəsinə nəzarət olmaqla yanaşı, qrant maliyyələşdirliməsi mexanizminin təkmilləşdirilməsinə də kömək edəcək.
Monitorinqin nəticələri Fondun rəsmi internet səhifəsində işıqlandırılacaq.
Qeyd edək ki, Elmin İnkişafı Fondu həyata keçirilən qrant layihələri üzrə vaxtaşırı monitorinqlər keçirir və elmi ictimaiyyəti layihələrin gedişi ilə tanış edir.
Teqlər: