Koçaryanın köməkçisinə 2 ay həbs verildi

   Koçaryanın köməkçisinə    2 ay    həbs verildi
  02 May 2024    Oxunub:1134
Ermənistanın eks prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryanla bağlı qalmaqal səngimir.
Deputat olan Levonun köməkçisi Artur Sukoyanın jurnalisti döyməsi ona baha başa gəlib.

Mayın 2-də vəkil Aleksandr Qoçubayev bəyanat yayaraq qeyd edib ki, Sukoyan iki ay müddətinə həbs edilib.

"Məni həbs edəcəklər" - Koçaryanın oğlu
İstintaqın məlumatına görə, aprelin 30-da Milli Assambleyanın həyətində olan Artur Sukoyan “Civic.am”ın jurnalisti David Levonyanı döyüb və ona qarşı nalayiq ifadələr işlədib. Levonyanın kamerası da zədələnib.

Davaya səbəb iki gün əvvəl jurnalistin yaydığı video olub. Bu fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsi ilə (zor tətbiq etməklə jurnalistin peşə fəaliyyətinə mane olma) cinayət işi başlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti