Microsoft Taylandda ilk məlumat mərkəzini quracaq

Microsoft Taylandda ilk məlumat mərkəzini quracaq
  01 May 2024    Oxunub:729
Microsoft Taylandda ilk məlumat mərkəzini quracaq.
Bu barədə “Bangkok Post” nəşri məlumat yayıb. Korporasiyanın baş direktoru Satya Nadella Banqkokda İT forumunda deyib: “Taylanddakı ilk məlumat mərkəzimizə sərmayə qoyuruq. Taylandın rəqəmsal texnologiya və süni intellektlə təchiz edilmiş gələcək qurmaq üçün inanılmaz fürsəti var”.

Nəşrin mənbəsi məlumat mərkəzinin Tailand körfəzinin şərq sahillərini əhatə edən Şərq İqtisadi Dəhlizində yerləşəcəyini bildirib. İnvestisiyalar 1 milyard dollar həcmində qiymətləndirilir.

Tailandın Baş naziri Settha Thavisin hökumətin rəqəmsal iqtisadiyyat, maliyyə və səhiyyə texnologiyaları kimi əsas sahələrə diqqət yetirən “Ignite Thailand” təşəbbüsü ilə əlaqədar bu investisiyanın əhəmiyyətini qeyd edib:

“Ignite Thailand 2030 vizyonumuz ölkənin rəqəmsal iqtisadiyyat üçün regional mərkəz statusuna nail olmaq məqsədi daşıyır ki, bu da innovasiya və tədqiqat sahəsində imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək, həmçinin texnologiya sektorunda istedad fondumuzu gücləndirəcək”.

“Kearney” konsaltinq firmasının araşdırmasına görə, süni intellekt 2030-cu ilə qədər Cənub-Şərqi Asiyanın ümumi daxili məhsuluna təqribən 1 trilyon dollar töhfə verə bilər ki, bu da İndoneziyanın 366 milyard dollarını təşkil edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti