Bakıda bomba həyəcanı

Bakıda bomba həyəcanı
  02 İyul 2014    Oxunub:1535
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda kafelərdən birində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçiriblər.

Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Əməliyyat saat 00:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti