Bayden Ukraynaya yardımla bağlı qanunu imzaladı
Baydenin sözlərinə görə, bu yardım ABŞ-nin tərəfdaşları üçün onların özünümüdafiəsinə əhəmiyyətli dəstəkdir.
Qanun Ukraynaya 61 milyard, İsrailə 26 milyard, Tayvan və digər Hind-Sakit okeanı müttəfiqləri üçün isə 8 milyard dollar yardımı, habelə "TikTok" platformasının ABŞ-də qadağasını, Rusiya, Çin və İrana qarşı sanksiyaları, eləcə də Ukraynanın postmüharibə dövründə bərpasına yardım naminə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutur.
AzVision.az
Teqlər: ABŞ qanun Ukrayna İsrail Tiktok