Artur Rasizadənin adından şam yeməyi verildi

Qeyd olundu ki, bu cür tədbirlərin mütəmadi xarakter alması nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına da öz müsbət təsirini göstərir. Əli Əhmədov sessiyanın işində qonaqlara uğurlar diləyərək, şam süfrəsi ətrafında onlara xoş istirahət arzuladı.
Ziyafətdə Azərbaycan incəsənət ustalarının səsləndirdikləri milli musiqi nümunələri qonaqlar tərəfindən heyranlıqla dinlənildi və tədbirə daha xoş ovqat qatdı.