MŞ ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında memorandum imzalanıb - FOTOLAR

MŞ ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında memorandum imzalanıb -    FOTOLAR
  22 Aprel 2024    Oxunub:1114
Bakıda Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mətbuat Şurasından AzVision.az -a bildirilib ki, memorandumun imzalanması ilə bağlı keçirilən tədbirdə Şuranın sədri Rəşad Məcid Azərbaycanla Özbəkistan arasında bütün sahələrdəki yüksək səviyyəli münasibətlərdə son illər ayrıca media müstəvisinin də formalaşdığına diqqət çəkib və bunu əlamətdar hal kimi vurğulayıb. O, Özbəkistan Jurnalistlər İttifaqı ilə Mətbuat Şurasının birgə əməkdaşlığının ümumi prosesə töhfə verəcəyinə əminliyini dilə gətirib. MŞ-nin sədri memorandumda nəzərdə tutulan ayrı-ayrı müddəaların birgə fəaliyyətin sistemli şəkil alması baxımından əhəmiyyətini qeyd edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov media amilinin əhəmiyyətindən söz açaraq, özbək və Azərbaycan jurnalistləri arasındakı təmasların gücləndirilməsini zəruriləşdirən məqamlardan danışıb, həmçinin rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrin media birlikləri ilə münasibətləri barədə məlumat verib. O, Mətbuat Şurası ilə əməkdaşlıq memorandumunun qarşılıqlı təcrübə mübadiləsi və digər məqamlar baxımından əhəmiyyətini əsaslandırıb. Sənədin oturuşmuş platforma kimi özünü təsdiqləyəcəyinə inamını dilə gətirib.

MŞ-nin İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, hər iki ölkənin media əlaqələrinin gücləndirilməsinin ortaq dəyər və mənafelərin təbliğindəki əhəmiyyəti böyükdür. O, bu baxımdan əməkdaşlıq memorandumunun faydalı nəticələr verəcəyinə əminliyini deyib, təkliflərini səsləndirib.

Digər çıxış edənlər son illərdə Özbəkistan və Azərbaycan arasındakı media əlaqələrindəki intensivliyi təsdiqləyən məqamlardan söz açıb, müştərək işbirliyinin davamı üçün etibarlı bazanın mövcudluğunun məmnunluq doğurduğunu deyiblər. Türk dünyasının ölkəmiz üçün müstəsna inteqrasiya xətti olduğunu bildirib və bu baxımdan diqqəti Azərbaycan dövlətinin siyasi kursuna yönəldiblər. Natiqlər çıxışlarında Azərbaycanın və Özbəkistanın aparıcı media qurumlarının əməkdaşlığını aktuallaşdıran məqamlara toxunub, perspektiv əlaqələrin daha sistemli şəkil alacağına inandıqlarını bildiriblər.


AzVision.az


Teqlər: Mətbuat-Şurası   Özbəkistan   memorandum  





Xəbər lenti