“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
O, CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı sessiyada çıxış edib. Çıxış zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Ü.Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.
Bundan əlavə, BMT İnkişaf Proqramının Regional Bürosunun direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində Dövlət Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.
Ü.Mehdiyev gənclər və idman naziri Fərid Qayıbovun dəvəti əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərlə görüşüb.
AzVision.az
Teqlər: