Bir sıra rayonda ağacların qanunsuz kəsildiyi aşkarlanıb

Bir sıra rayonda ağacların qanunsuz kəsildiyi aşkarlanıb
  18 Aprel 2024    Oxunub:876
Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

AzVision.az


Teqlər: hadisə   Dövlət-Ekoloji-Təhlükəsizlik-Xidməti  





Xəbər lenti