Aytən Səfərovanın vəziyyəti açıqlandı

   Aytən Səfərovanın vəziyyəti açıqlandı
  18 Aprel 2024    Oxunub:707
“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.
Bununla bağlı AzVision.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Aytən Səfərova qəzaya düşdü, ölən və yaralı var - YENİLƏNİB


Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Qeyd edək ki, aprelin 17-də 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti