İrəvan sülh müqaviləsi ilə bağlı son təkliflərə cavab verib

   İrəvan sülh müqaviləsi ilə bağlı son təkliflərə cavab verib
  08 Aprel 2024    Oxunub:676
Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.

Xatırladaq ki, fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəsmi İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh-müqaviləsi  





Xəbər lenti