NATO-dan yeni "Berlin divarı" planı - Kiyev əraziləri güzəştə gedir?

   NATO-dan yeni "Berlin divarı" planı    - Kiyev əraziləri güzəştə gedir?
  05 Aprel 2024    Oxunub:1026
NATO Ukraynanın təhlükəsizliyi zəmanəti və ölkənin alyansa qəbulu müqabilində ərazilərinin bir qismini Rusiyaya güzəştə getməsi variantını müzakirə edir.
Bu fikirlər “La Repubblica”da dərc olunan məqalədəndir.

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir - New York Times
Nəşr yazıb ki, hazırda belə bir ssenari qeyri-rəsmi şəkildə müzakirə olunur və ABŞ-da seçkilərin yaxınlaşmasını nəzərə alaraq getdikcə hər şey daha çox real görünməyə başlayır.

Plana görə, Rusiya iki il ərzində Krımı və işğal edilmiş digər əraziləri tanıya bilər. Daha sonra isə sərhədlər çəkilə və Ukrayna NATO-ya qəbul edilə bilər. Məqalə müəllifi hadisələrin bu cür inkişafını İkinci Dünya Müharibəsindən sonra Almaniyanın parçalanması ilə müqayisə edib.

Qeyd olunur ki, belə bir ssenari həm də ABŞ Konqresində bloklanıb qalmış Kiyevə genişmiqyaslı yardımın reallaşmasını sürətləndirəcək.

"New York Times" isə alyans ölkələrinin Kiyevi NATO-ya üzv etmək marağında olmaması barədə yazı dərc edib. Məqalədə qeyd edilir ki, NATO ölkələrinin liderləri Rusiya ordusunun irəliləməsinə və Ukraynanın böyük ərazi itkiləri təhlükəsinə baxmayaraq, alyansın 75 illliyi münasibətilə iyulda keçiriləcək sammitdə Kiyevi hərbi birliyə qoşulmağa dəvət etməyəcəklər.

AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   NATO  





Xəbər lenti