İstanbulda silahlı hücum oldu: 1 ölü

   İstanbulda silahlı hücum oldu:       1 ölü
  05 Aprel 2024    Oxunub:571
Türkiyənin İstanbul şəhərinin Sancaktəpə qəsəbəsində baş verən silahlı hücumda bir nəfər həyatını itirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk məhəlləsi Çağdaş küçəsində avtomobilindən düşmək istəyən şəxs naməlum şəxslərin hücumuna məruz qalıb. O, aldığı güllə yarası nəticəsində yerindəcə keçinib. Polislər küçənin giriş-çıxışlarını bağlayıb.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti