Yaponiya, ABŞ və Filippin kiberhücumlara qarşı birləşir

Yaponiya, ABŞ və Filippin kiberhücumlara qarşı birləşir
  04 Aprel 2024    Oxunub:764
Yaponiya, ABŞ və Filippin hakerlərin artan təhlükələrini nəzərə alaraq kiberhücumlardan qorunmaq üçün birgə sistem yaratmaq niyyətindədir.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, tərəflər arasında razılıq gələn həftə Vaşinqtonda keçiriləcək üçtərəfli sammit zamanı əldə edilməlidir. İlk növbədə, üç ölkə kritik infrastrukturu hakerlərin təsirindən qorumaq üçün tədbirləri gücləndirmək niyyətindədir. Əsas istiqamət dövlət qurumlarının və müdafiə idarələrinin serverləri olacaq. Buna görə Yaponiya, ABŞ və Filippin bu sahədə əlaqələri gücləndirirlər.

Aprelin 10-da Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Cozef Bayden arasında görüş planlaşdırılır.

Tərəflər həm ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həm də Hind-Sakit okean regionunda tərəfdaşlarla qarşılıqlı fəaliyyəti müzakirə etməyi planlaşdırırlar. Aprelin 11-də Yaponiya və ABŞ liderləri Filippin prezidenti kiçik Ferdinand Markosun iştirakı ilə sammit keçirəcəklər.


AzVision.az


Teqlər:





Xəbər lenti