Hərbi helikopter qəza enişi edərək yandı - VİDEO

Hərbi helikopter qəza enişi edərək yandı    - VİDEO
  02 Aprel 2024    Oxunub:824
Abxaziyada helikopter qəzası olub.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edilir ki, fövqəladə hallar naziri Lev Kvitsinia Abxaziyanın Müdafiə Nazirliyinə məxsus Mi-24 helikopterinin Qulripş rayonuna qəza enişi etdiyini açıqlayıb.

Nazirin sözlərinə görə, helikopter məcburi eniş edib və daha sonra alovlanıb. Təyyarədə olan üç ekipaj üzvü sağ qala bilib. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

AzVision.az



Teqlər: Abxaziya  





Xəbər lenti