Türkiyədə bələdiyyə seçkiləri: Hökumətdə istefalar olacaq
Müxalifət 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəldikdən sonra İstanbul, Ankara, İzmir, Antalya da daxil olmaqla, böyük şəhərləri tutub.
Türkiyə prezidenti partiyasının məğlubiyyətini etiraf edib və “ciddi nəticələr” çıxaracağına söz verib. Belə ki, bu gün onun sədrliyi ilə hakim partiyanın icraiyyə komitəsinin iclası keçiriləcək və orada martın 31-də keçirilən səsvermənin nəticələri müzakirə olunacaq.
Türkiyədə seçkilərin nəticələrini şərh edən sosioloqlar qeyd edirlər ki, AKP-nin məğlubiyyətinin əsas səbəbləri ölkədə yaşanan iqtisadi çətinliklər və yerli sakinlərin maddi vəziyyətindən narazı olmasıdır.
İqtidaryönlü “Hürriyet” qəzeti isə yazıb: “İqtisadiyyatı normal vəziyyətə salmaq, pensiyaçıların problemini, yaşayış minimumunun qalxmasını həll etmək lazımdır.
AKP-nin məğlubiyyətinin əsas səbəbi budur, partiyada ciddi dəyişikliklərə ehtiyac var, onun içində xalqdan uzaq, onlara yuxarıdan aşağı baxan insanlar var. Partiya onlardan mümkün qədər tez qurtarmalıdır. Xalq iqtidarı xəbərdar edib, müxalifətə haqq verib”.
Nəşr qeyd edir ki, Türkiyənin hakim partiyasına etimadsızlıq ilk növbədə AKP elektoratının əsasını ənənəvi olaraq təşkil edən yaşlı seçicilər tərəfindən ifadə olunub.
Qəzet Türkiyə üzrə seçkilərdə fəallığın aşağı olmasına da (78,1%) diqqət çəkib və bunun maliyyə vəziyyətindən narazı olan ictimai sektor nümayəndələrinin seçkilərdə iştirak etməməsi ilə bağlı ola biləcəyini göstərir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: