Belarus Ukrayna və Litva ilə sərhəddə genişmiqyaslı təlimlərə başladı

Belarus Ukrayna və Litva ilə sərhəddə genişmiqyaslı təlimlərə başladı
  02 Aprel 2024    Oxunub:993
Belarus Ukrayna ilə sərhəddə növbəti dəfə qoşun toplayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad ediblər.

Nazirliyin Telegram kanalında yayılan məlumata görə, ərazi müdafiə qüvvələri ilə komanda-qərargah təlimlərinə başlanıb. Təlimlər əsasən Qomel vilayətinin Roqaçev və Kormyanski rayonlarında keçirilir. Bu bölgə isə Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir. Bəzi Ukrayna saytları Minskin sərhədə kütləvi şəkildə qoşun toplamasını təlim deyil, bölgədə yeni müharibənin işartıları kimi qiymətləndirib.

Maraqlıdır ki, oxşar təlimlər Litva ilə həmsərhəd Qrodno vilayətinin Voronovski rayonunda da başlayıb. Qomeldəki təlimlər aprelin 4-nə kimi davam edəcək.

Xatırladaq ki, bir neçə gün ömcə Belarus Müdafiə Nazirliyi Qərbin bölgədə müharibəyə hazırlaşması barədə xəbərdarlıq etmişdi.

AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti