Polşada ağacların aşması nəticəsində 5 nəfər ölüb

   Polşada ağacların aşması nəticəsində 5 nəfər ölüb
  01 Aprel 2024    Oxunub:1275
Polşanın cənubunda yerləşən Rabka-Zdruy və Zakopane qəsəbələrində şiddətli külək səbəbilə ağacların aşması nəticəsində 3 qadın və 2 uşaq) həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsinin sözçüsü Andrey Krol-Leqovski bildirib.

Onun sözlərinə görə, hadisə Tatra dağlarının ən yüksək hissələrində küləyin 155 km/saat sürətə çatması zəminində meydana gəlib.

Rabka-Zdruyda iki qadın, altı yaşlı uşaq, Zakopanedə isə bir qadın və bir uşaq ağacların aşması nəticəsində əzilərək həyatını itirib.

Yerli hakimiyyət orqanları təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq ünvanlayıb və Tatra milli parkında dağ yollarını bağlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Polşa   hadisə  





Xəbər lenti